"Üzərimdə təzyiq hiss etmirəm, matça fokuslanmışam".
Tvit.az xəbər verir ki, bu barədə UEFA Çempionlar Liqasının pley-off mərhələsində keçiriləcək "Qarabağ" - "Nyukasl Yunayted" oyunundan əvvəl mətbuat konfransında İngiltərə təmsilçisinin futbolçusu Entoni Elanqa deyib.
O bildirib ki, komandası üçün əsas olan komanda şəklində oynamaqdır:
"İnanırıq ki, istədiyimiz nəticəni əldə edəcəyik. "Qarabağ" müsbət mənada qeyri-adi komandadır. Onlar kollektiv olaraq yaxşı çıxış edirlər. Bu oyuna çox ciddi şəkildə hazırlaşmışıq. Onların da ambisiyalarının yüksək olduğunu bilirik. Maksimum dərəcədə mərhələ adlamaq istəyirik".
Qeyd edək ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsində Tofıq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Nyukasl Yunayted" oyunu sabah saat 21:45-də start götürəcək.