Paytaxtın Nəsimi rayonu Moskva prospektində yerləşən avtobus dayanacağında naməlum şəxs sərnişinlərdən birinin 1200 manat dəyərində qızıl-zinət əşyasını oğurlayıb.
"Tvit.az" xəbər verir ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlə 22 yaşlı H.Məmmədov əməli törətməkdə şübhəli bilinərək saxlanılıb.
Araşdırmalarla məlum olub ki, zərərçəkən avtobusa minən zaman çantasını dayanacaqda unudub. Saxlanılan şəxs isə orada qalan çantanı talayaraq hadisə yerindən uzaqlaşıb.
Hər iki fakt üzrə araşdırmalar aparılır.