Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Sabiq icra başçısına yeni vəzifə verildi
sosial

Sabiq icra başçısına yeni vəzifə verildi

17-02-2026 13:00 32 Views
IMG

Naxçıvan Muxtar Respublikasının Babək Rayon İcra Hakimiyyətinin sabiq başçısına yeni vəzifə verilib. 

Tvit.az-ın məlumatına görə, “Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsinin tabeçiliyində “Naxçıvan Avtomobil Yollarının Yaşıllaşdırılması” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılıb. MMC-nin rəis əvəzi vəzifəsinə Hüseynəliyev Elçin Məmməd oğlu təyin edilib.

Bu barədə “Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin İdarə Heyəti sədr vəzifələrini müvəqqəti icra edən Nihad Qurbanov əmr imzalayıb.

Qeyd edək ki, Elçin Hüseynəliyev 2005-2016-ci illər ərzində Naxçıvan Muxtar Respublikasının Babək Rayon İcra Hakimiyyətinin başçısı olub. O, uzun müddət “Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin İdarə Heyəti sədrinin köməkçisi vəzifəsində çalışıb.  (Qaynarinfo)