Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial "İdrak" liseyində şagirdin güllələdiyi müəllim evə buraxıldı
sosial

"İdrak" liseyində şagirdin güllələdiyi müəllim evə buraxıldı

17-02-2026 12:00 11 Views
IMG

06.02.2026-ci il tarixində Binəqədi rayonu "İdrak" liseyindən təcili tibbi yardım briqadası vasitəsilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunan 1997-ci il təvəllüdlü Şəhla Kamilova 16.02.2026-ci il tarixdə ambulator müalicə üçün evə buraxılıb.

"Tvit.az" xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəzdən bildirilib.

Xatırladaq ki, Ş.Kamilovaya boyun nahiyəsində yad cismin xaric edilməsi əməliyyatı icra edilib. Əvvəl Reanimasiya, daha sonra Neyrocərrahiyyə şöbəsində stasionar müalicə alıb.