London təmsilçisi "Çelsi" İtaliya nəhəngi "Yuventus"la heyət üzvlərinin qarşılıqlı mübadiləsi variantını nəzərdən keçirir.
Tvit.az xəbər verir ki, "zadəganlar" 20 yaşlı türk hücumçu Kənan Yıldız üçün komandanın cinah hücumçusu Alexandro Qarnaçonu Turin klubuna göndərməyi və əlavə olaraq 57,5 milyon avro ödəməyi planlaşdırır.
Son həftələr ərzində tərəflər arasında məsələ ilə bağlı intensiv danışıqların aparıldığı bildirilir.
Qeyd edək ki, Qarnaço cari mövsümdə bütün turnirlər çərçivəsində 29 matçda iştirak edərək 6 qol vurub və 3 məhsuldar ötürmə edib. Kənan Yıldız isə meydana çıxdığı 33 qarşılaşmada 9 qol və 8 assistlə komandasına fayda verib.