Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Naxçıvan şəhərinin bəzi ərazilərində elektrik enerjisi müvəqqəti dayandırılacaq
sosial

Naxçıvan şəhərinin bəzi ərazilərində elektrik enerjisi müvəqqəti dayandırılacaq

16-02-2026 21:00 19 Views
IMG

"Azərişıq" ASCnin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) Naxçıvan şəhərində planlı təmir-bərpa işləri aparacaq.

 

Tvit.az-ın məlumatına görə, fevralın 17-də 35/10 kV-luq "Xətai" yarımstansiyasından qidalanan "Xəstəxana–Asfaltzavod" 10 kV-luq hava elektrik verilişi xətti razılaşdırılmış sifarişə əsasən açılacaq.

 

Bununla əlaqədar şəhərin 48, 49 və 52-ci məhəllələrində saat 11:00-dan 12:00-dək elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq.


Enerji təchizatı sistemlərinin gücləndirilməsi, etibarlılığın artırılması və texniki baxışların aparılması məqsədilə müxtəlif ünvanlarda elektrik xətlərində və yarımstansiyalarda mərhələli təmir işləri həyata keçiriləcək.