Macarıstana səfəri zamanı danışan ABŞ dövlət katibi Marko Rubio Tehranla razılığa gəlməyin çətin olacağını bildirib.
Tvit.az bu barədə xarici mediaya istinadən xəbər verir.
"Düşünürəm ki, burada narahat olduğumuz məsələləri həll edən diplomatik yolla razılığa gəlmək üçün bir fürsət var. Biz buna çox açıq və xoş münasibət bəsləyəcəyik. Amma mən bunu şişirtmək də istəmirəm”, - deyə Rubio bildirir.
Onun sözlərinə görə, İranla razılaşma çətin olacaq: "İranla real sövdələşmələr aparmaq hər kəs üçün çox çətin olub, çünki biz geosiyasi deyil, teoloji qərarlar verən radikal şiə ruhaniləri ilə məşğuluq".
Aysel Şirinova