Sevgililər günündə Əfqanıstanda hakimiyyətdə olan Taliban bu günün qeyd olunmasının qarşısını almaq üçün genişmiqyaslı tədbirlər həyata keçirib.
Tvit.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Məlumata görə, Herat şəhərində gül dükanlarının vitrin və girişlərinə “Sevgililər Günü qadağandır” məzmunlu lövhələr yerləşdirilib. Eyni zamanda, Kabil şəhərində Talibanın nəzarət və yoxlama qüvvələri ictimai məkanlara cəlb olunub.
Sevgililər Günündə Kabil və Herat kimi iri şəhərlərdə “Yaxşı İşlərə Dəvət və Pis İşlərdən Çəkindirmə” Qərargahının qüvvələrinin cəlb olunduğu müşahidə edilib. Bu qüvvələrin əsas vəzifəsi həmin günlə bağlı hər hansı simvolun, hədiyyənin və ya qeyd formalarının qarşısını almaq olub.
Elmin Alışov