Bazar günü Tehran–İrəvan–Tehran marşrutu üzrə planlaşdırılan iki aviareys ləğv edilib.
Tvit.az xəbər verir ki, bununla bağlı, İran-Ermənistan Birgə Ticarət Palatasının “Telegram” kanalı məlumat yayıb.
İrəvan Beynəlxalq Hava Limanının xarici uçuşlar lövhəsində yer alan məlumata görə, 15 fevral saat 18:35-ə olan vəziyyətdə Tehrana üç reys nəzərdə tutulub. Onlardan biri İrəvan vaxtı ilə 19:50-də həyata keçirilməli idi.
Ancaq 12:20 və 18:25-ə planlaşdırılan iki reys ləlğv edilib. Uçuşların ləğv edilmə səbəbi ilə bağlı rəsmi açıqlama verilməyib.
Tehran–İrəvan uçuşlarında yaranan qeyri-sabitlik biznes dairələri və turizm şirkətləri arasında ciddi narazılığa səbəb olub. Onlar problemin müvafiq qurumların müdaxiləsi ilə tezliklə aradan qaldırılacağına ümid edirlər.
Elmin Alışov