Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Məktəb daxilində texniki bazaya dəymiş zərər kim tərəfindən ödənilməlidir? - AÇIQLAMA
sosial

Məktəb daxilində texniki bazaya dəymiş zərər kim tərəfindən ödənilməlidir? - AÇIQLAMA

16-02-2026 14:00 22 Views
IMG

Məktəblərdə hər hansı hadisə baş verərsə və hadisənin təyinatı müəyyən olunarsa ki, bu şagird tərəfindən baş verib, (pəncərə qırılıbsa və ya məktəbin texniki bazasına müəyyən zərər dəyibsə) dəymiş zərərin qarşılığını mütləq halda şagird qarşılamalıdır. Həmin şagirdin valideyni tərəfindən bu proses həyata keçirilməlidir. Hadisəni törədən müəyyənləşə bilmədiyi təqdirdə bu zaman məktəb pedaqoji şurasının xüsusi qərarı təşkil olunmalıdır.

 

Bu fikirləri Tvit.az-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev deyib.

 

Ekspert bildirib ki, əgər məktəb şagirdlərindən bir neçəsi bu hadisədə iştirak edibsə, o zaman həmin şagirdlər arasında sözügedən əşyanın maddi dəyəri ilə bağlı ədalətli bölgü aparılmalıdır. Bu, birmənalı olaraq belədir. Digər tərəfdən, hadisəni törədən şagirdin kimliyi sübuta yetirilə bilməyibsə, yəni həmin şəxs hadisəni törətdiyini etiraf etməkdən boyun qaçırırsa, sinif rəhbəri müvafiq addım atmalıdır. 

"O, sinifdən müəyyən məbləği toplayaraq həmin məbləğ qarşılığında dəymiş zərərin konpensassiyasını ödəməlidir. Bu, könüllülük prinsipi əsasında formalaşmalıdır. Məcburiyyət oluna bilməz.

Belə hal qarşısında məsuliyyəti kiminsə (digər şagirdlərin) boynuna yıxmaq olmaz. Müəllim, şagird yaxud valideynlərlə görüşərək zərərin ümumi məbləğini elan etməlidir. Məsələn, 50 manatlıq zərər dəyibsə, bu, sinifdəki 20 şagird arasında bölünür. Təlimatnamədə qeyd olunur ki, orta ümumtəhsil məktəblərində məktəb əşyasına dəymiş zərər zərərvuran şəxs tərəfindən ödənilməlidir.  Burada müəllim öz təşəbbüsü ilə fədakarlıq göstərərək şagirdlərdən topladığı məbləğə büdcəsindən əlavə edib, həm onlara nümunə ola, həm də sinifdə yaranmış zərərin müəyyən hissəsini qarşılamaqda yardım rolunu oynaya bilər.

Təhsil eksperti eyni zamanda  vurğulayıb ki, şagirdlərin öhdəliyində etik davranış qaydaları var. Onlar etik davranış qaydalarından kənara çıxdığı təqdirdə 18 yaşına çatmamış uşaqların məsuliyyəti birbaşa valideynin öhdəliyindədir. İlkin tərbiyə valideyn tərəfindən verilir. 

 

Aysel Şirinova,

Tvit.az