Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home turizm Bakıda yaşayış binasında yanğın - VİDEO
turizm

Bakıda yaşayış binasında yanğın - VİDEO

16-02-2026 13:00 23 Views
IMG

Bakının Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 68A ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.

Bu barədə "Tvit.az"a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, onaltımərtəbəli yaşayış binasının səkkizinci mərtəbəsində yerləşən mənzilin mətbəxində baş vermiş yanğın genişlənməsinə, o cümlədən mənzilə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində üçotaqlı mənzilin mətbəxində mətbəx mebeli və məişət əşayaları yanıb. Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə olunub. Mənzilin böyük hissəsi və digər mənzillər yanğından mühafizə olunub.