Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Cinayətdə şübhəli bilinən 91 nəfər tutuldu
sosial

Cinayətdə şübhəli bilinən 91 nəfər tutuldu

16-02-2026 10:00 17 Views
IMG

Fevralın 14-də və 15-də ölkə ərazisində qeydə alınan 104, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. 

DİN-in Mətbuat Xidmətindən "Tvit.az"a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 62, o cümlədən borclu şəxs qismində axtarışda olan 34 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 61, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 23 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 91 nəfər saxlanılıb.