Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home siyasət Prezident: Bizim mesajlarımız həmişə olduğu kimi açıqdır - əməkdaşlıq, sülh, tərəfdaşlıq
siyasət

Prezident: Bizim mesajlarımız həmişə olduğu kimi açıqdır - əməkdaşlıq, sülh, tərəfdaşlıq

13-02-2026 23:00 22 Views
IMG

Bizim mesajlarımız həmişə olduğu kimi açıqdır, aydındır - əməkdaşlıq, sülh, tərəfdaşlıq.

 

Tvit.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Münhendə Azərbaycan jurnalistlərinə müsahibəsində deyib.

 

"Həmişə olduğu kimi bizim mesajımız əməkdaşlığa, sülhə istiqamətləndirilib. İlk dəfədir ki, bu tədbirdə mən artıq sülhü əldə etmiş dövlət başçısı kimi iştirak edirəm. Əlbəttə ki, bu məsələ burada yəqin ki, gündəlikdə olacaq. Ona görə bizim mesajlarımız həmişə olduğu kimi açıqdır, aydındır. Əməkdaşlıq, sülh, tərəfdaşlıq", - Azərbaycan Prezidenti deyib.