Çexiya Prezidenti Pyotr Pavel Rusiyanı Avropada Ukrayna ilə bağlı danışıqlara cəlb etməyə çağırıb.
Tvit.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
"Rusiyanı Ukrayna ilə bağlı danışıqlar masasına gətirmək vacibdir, bu olmadan heç bir yerə getməyəcəyik," - deyə, Çexiya prezidenti əlavə edib.
Onun fikrincə, Zaporojya Atom Elektrik Stansiyası (AES) ilə bağlı vəziyyət və Ukrayna ərazisində xarici qüvvələrin mümkün mövcudluğu ilə bağlı təhlükəsizlik zəmanətləri də sülhə maneə yaradır.
"Bununla da, Rusiya şərtlərinin yerinə yetirilməsini tələb edir", - o bildirib.
Aysel Şirinova