Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home siyasət Maliyyə naziri: Azərbaycan və Serbiya arasında ticarət dövriyyəsi 135 milyon dollara çatıb
siyasət

Maliyyə naziri: Azərbaycan və Serbiya arasında ticarət dövriyyəsi 135 milyon dollara çatıb

13-02-2026 20:00 14 Views
IMG

Azərbaycan və Serbiya arasında ticarət dövriyyəsi 135 milyon ABŞ dollarına çatıb.

 

Tvit.az xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Serbiyanın milli bayramı – Dövlətçilik Günü ilə bağlı Bakıda keçirilən tədbirdə deyib.

 

"2025-ci ildə Serbiyadan idxalımız 55 faiz artıb", - nazir qeyd edib.

 

O həmçinin investisiya sahəsində əməkdaşlığın genişləndiyini vurğulayıb: "Bu günə kimi Serbiyadan Azərbaycanın qeyri-neft sektoruna yönəldilən investisiyalar təxminən 10 milyon ABŞ dollarına çatıb".