Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Netanyahu ABŞ və İran arasındakı gərginliyə şərh verdi
dünya

Netanyahu ABŞ və İran arasındakı gərginliyə şərh verdi

12-02-2026 21:00 11 Views
IMG

İsrail baş naziri Binyamin Netanyahu Vaşinqtondan dönərkən ABŞ İran məsələsi ilə bağlı jurnalistlərin sualalrını cavablandırıb.

 

Tvit.az-ın xarici mediaya istinadla verdiyi xəbərə baş nazir danışıqların əsasən İran üzərində fokuslandığını, habelə digər məsələlərin də müzakirə edildiyini deyib.

 

“Vaşinqtonda qısa, amma önəmli bir səfəri başa çatdırdım və burada dostumuz Prezident Trampla görüşdüm. Bizim yaxın, səmimi və açıq münasibətlərimiz var. Prezident hesab edir ki, iranlılar artıq kimlə üz-üzə olduqlarını anlayırlar. Tramp düşünür ki, onun qoyduğu şərtlər, eləcə də iranlıların əvvəlki dəfə razılaşmaya gəlməməkdə səhv etdiklərini anlamaları, onları belə şərtləri qəbul etməyə yönəldə bilər ki, bu da yaxşı bir razılaşmanın əldə edilməsini mümkün edər", - deyə Netanyahu bildirib.

 

Baş nazir, həmçinin Qəzza məsələsinin də müzakirə edildiyini deyib.

 

Aysel Şirinova