Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home turizm Bərdədə "Mersedes" VAZ-la toqquşdu: Ölən var
turizm

Bərdədə "Mersedes" VAZ-la toqquşdu: Ölən var

12-02-2026 22:00 11 Views
IMG

Bərdədə yol-nəqliyyat hadisəsi baş verib.

 

Tvit.az-ın Teleqraf-a xəbərinə görə, yol nəqliyyat hadisəsi rayonun Gərənə kəndi ərazisində baş verib. 

Hərəkətdə olan "Mersedes" markalı avtomobil VAZ-2106 markalı avtomobillə toqquşub.

 

Qəza zamanı bir nəfər ölüb, iki nəfər isə yaralanıb.


"VAZ 2106"nın sürücüsü Ocaqverdiyev Elməddin hadisə yerində dünyasını dəyişib.

 

Avtomobillərdə olan Musayev Vasif İsfəndiyar oğlu və Əhmədov Elçin Kamil oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Bərdə Diaqnostika Mərkəzinə çatdırılıb.

 

Faktla bağlı araşdırma aparılır.