Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home turizm Sabirabadda dörd nəfər zəhərləndi, bir uşaq öldü - Araşdırma BAŞLADI
turizm

Sabirabadda dörd nəfər zəhərləndi, bir uşaq öldü - Araşdırma BAŞLADI

12-02-2026 21:00 11 Views
IMG

Sabirabadda baş verən hadisə nəzarətdə saxlanılır. Hadisənin səbəblərinin, eləcə də qida zəhərlənməsi olub-olmamasının müəyyənləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri müvafiq qurumların əməkdaşları ilə birgə araşdırmalara başlayıblar.

 

Bu barədə Tvit.az-a AQTA-dan məlumat verilib. 

Bildirilib ki, araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

 

Qeyd edək ki, hadisə ötən gecə baş verib. Qida zəhərlənməsi şübhəsi ilə Sabirabad rayonunun Saraxanbəyli kənd sakinləri - bir ailənin dörd üzvü Şirvan xəstəxanasına zəhərlənmə diaqnozu ilə müraciət ediblər.

 

Mədələri yuyulduqdan sonra evə buraxılan ailə üzvlərindən 2015-ci il təvəllüdlü Hüseyn Cavanşir oğlu Cəfərovun vəziyyəti sonradan pisləşib və o, yenidən xəstəxanaya çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, bu gün saat 15 radələrində yenidən tibb müəssisəsinə gətirilən azyaşlının həkiməqədər ölümü qeydə alınıb.