CENTCOM Suriyada yerləşən əl-Tanf hərbi bazasından ABŞ qoşunlarının çıxarıldığını təsdiqləyib.
Tvit.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
“ABŞ qüvvələri regionda yarana biləcək İŞİD təhdidlərinə cavab verməyə hazır olaraq qalır, çünki biz tərəfdaşlarımızın terror şəbəkəsinin yenidən dirçəlməsinin qarşısını almaq səylərini dəstəkləyirik”, – deyə CENTCOM-un komandanı Kuper bildirib.
Bildirilib ki, fevralın 11-də ABŞ-ın Mərkəzi Komandanlığı (CENTCOM) Suriyadakı əl-Tanf qarnizonundan qoşunların çıxarılmasını başa çatdırıb.
Aysel Şirinova