Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sport "Liverpul"la oyun bizim üçün yaxşı dərs olacaq" - Bəhlul Mustafazadə
sport

"Liverpul"la oyun bizim üçün yaxşı dərs olacaq" - Bəhlul Mustafazadə

29-01-2026 12:00 53 Views
IMG

"Liverpul"la oyun bizim üçün yaxşı dərs olacaq. Ümid edirəm ki, bunun xeyrini gələcəkdə görəcəyik"

"Tvit.az" xəbər verir ki, bunu “Qarabağ”ın müdəfiəçisi Bəhlul Mustafazadə jurnalistlərə açıqlamasında deyib.

O, məğlubiyyət yaşadıqları üçün təəssüf hissi keçirdiklərini bildirib: “Ümumilikdə yaxşı mövsüm keçirdik. Pley-offa vəsiqə qazandıq. Yolumuza davam edirik”.

Futbolçu komandanın pley-offdakı potensial rəqiblərini də dəyərləndirib: “Nyukasl”ın bizə daha uyğun rəqib olduğunu düşünürəm. PSJ-nin gücü hamıya məlumdur. Hər bir halda işimiz çətin görünür”.