Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Çin Prezidenti Böyük Britaniyanın baş naziri ilə görüşdü
dünya

Çin Prezidenti Böyük Britaniyanın baş naziri ilə görüşdü

29-01-2026 11:00 20 Views
IMG

Çin Xalq Respublikasının sədri Si Cinpin Böyük Britaniyanın baş naziri Kir Starmerlə görüşüb.

Tvit.az xarici KİV-ə istinadla xəbər verir ki, Çin lideri ölkələr arasında müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb. Si Cinpin, həmçinin süni intellekt, biotexnologiyalar və yeni enerji mənbələri kimi innovativ istiqamətlərdə birgə tədqiqatların və sənaye transformasiyalarının dərinləşdirilməsini təklif edib.

 Baş nazir vurğulayıb ki, Böyük Britaniya və Çin dünyanın aparıcı iqtisadiyyatları və BMT Təhlükəsizlik Şurasının daimi üzvləri kimi uzunmüddətli, sabit və hərtərəfli strateji tərəfdaşlığın formalaşdırılmasında mühüm rol oynayırlar. Bundan əlavə, Starmer Londonun Tayvan məsələsinə dair dəyişməz mövqeyini bir daha təsdiqləyərək, Böyük Britaniyanın Tayvanla bağlı siyasətinin dəyişməyəcəyini bildirib.

 

Aysel Şirinova