Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home turizm Sumqayıtda idman zalında yanğın
turizm

Sumqayıtda idman zalında yanğın

26-01-2026 22:00 24 Views
IMG

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, Çerkassi küçəsində obyektdə yanğın baş verməsi barədə məlumat daxil olub.

 

FHN-in Mətbuat xidmətindən Tvit.az-a verilən məlumata görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt Şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb olunub.

 

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının ümumi sahəsi 1800 kv.m olan ikimərtəbəli müxtəlif təyinatlı obyektlərin yerləşdiyi tikilinin ikinci mərtəbəsində yerləşən idman zalında baş verdiyi və yayılma riskinin yüksək olduğu müəyyən edilib.


Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə, o cümlədən tikilinin birinci mərtəbəsində yerləşən avtomobil təmiri sexləri və kafeyə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

 

Yanğın nəticəsində ümumi sahəsi 400 kv.m olan idman zalının yanar konstruksiyaları 70 kv.m sahədə yanıb və 200 kv.m sahədə tavanı deformasiya edib.


İdman zalının qalan hissəsi, avtomobil təmiri sexləri, təmirə dayanmış avtomobillər və kafe yanğından mühafizə olunub.

 

Xəsarət alan olmayıb.