Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Bu federasiyaya yeni vitse-prezident seçildi
sosial

Bu federasiyaya yeni vitse-prezident seçildi

23-01-2026 22:00 11 Views
IMG

Azərbaycan Üzgüçülük Federasiyasının Ümumi Yığıncağı keçirilib.

 

Tvit.az qurumun saytına istinadən xəbər verir ki, yığıncaqda yeni Nizamnamə qəbul olunub və daha bir vitse-prezident seçilib.

 

Ümumi Yığıncaqda qonaq qismində Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov, ASF-nin prezidenti Zaur Əliyev, federasiyanın vitse-prezidentləri Xaliq İldırımzadə və Dəyanət Sədullayev, İcraiyyə Komitəsinin və Federasiyanın üzvləri, eləcə də digər rəsmi şəxslər iştirak edib.


ASF-nin baş katibi Oqtay Atayev gündəlikdə duran məsələlər, federasiyanın 2025-ci il ərzində fəaliyyəti, görülmüş işlər və xərclər barəsində hesabatını təqdim edib. Daha sonra səsvermə yolu ilə federasiyanın yeni Nizamnaməsi, eləcə də Nəzarət-Təftiş Komissiyasının Əsasnaməsi qəbul olunub. Həmçinin federasiyada vitse-prezident seçkiləri olub və Jalə Əhmədova ASF-nin vitse-prezidenti seçilib.

 

Qeyd edək ki, hazırda federasiyanın 4 vitse-prezidenti var – Xaliq İldırımzadə, Dəyanət Sədullayev, Ümid Abuzərli və Jalə Əhmədova. İcraiyyə Komitəsində Eldar Abbasov, Ruslan Ələkbərov, Şamil Əbdürrəhmanov, Azər Babayev və Mark Koqanov təmsil olunublar.