Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home turizm Avtoxuliqanlıq edən sürücü həbs edildi
turizm

Avtoxuliqanlıq edən sürücü həbs edildi

23-01-2026 21:00 16 Views
IMG

Salyanda avtoxuliqanlıq edən sürücü həbs edilib.

 

Tvit.az xəbər verir ki, Salyan Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə idarə etdiyi “Azsamand” markalı nəqliyyat vasitəsilə yol hərəkəti qaydalarını kobud şəkildə pozan və digər sürücülərə təhlükə yaradan Hüseyn Bağırov saxlanılıb.

 

Belə ki, yol patrul xidmətinin əməkdaşları tərəfindən sürücü barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb və toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.

 

Məhkəmənin qərarı ilə H.Bağırov sürücülük hüququ 1 il müddətində məhdudlaşdırılmaqla 15 sutka inzibati qaydada həbs edilib.