Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home iqtisadiyyat Gürcüstan Azərbaycana banan ixracından gəlirini 7 dəfəyə yaxın artırıb
iqtisadiyyat

Gürcüstan Azərbaycana banan ixracından gəlirini 7 dəfəyə yaxın artırıb

23-01-2026 18:00 19 Views
IMG

Ötən il Gürcüstan Azərbaycana 6,2milyon ABŞ dolları dəyərində 6 min 701ton banan ixrac edib.

 

Report-un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin göstəricisi ilə müqayisədə müvafiq olaraq 6,6 dəfə və 6 dəfə çoxdur.

 

Beləliklə, Azərbaycan Gürcüstandan analoji məhsullar tədarük edən ölkələr sırasında 1-ci yerdə qərarlaşıb.

 

2025-ci ildə Gürcüstan xarici ölkələrə 9 milyon ABŞ dolları dəyərində 9 min 779ton banan satıb ki, bu da 1 il əvvəlki göstəricidən müvafiq olaraq 72 % və 58% çoxdur.


Hesabat dövründə Gürcüstandan Tacikistana 1,2 milyon ABŞ dolları dəyərində 1 min 283 ton, Türkmənistana 966 min ABŞ dolları dəyərində 1 min 62ton, Ermənistana 223 min ABŞ dolları dəyərində 241 ton, Türkiyəyə 220 minABŞ dollar dəyərində 264 ton banan göndərilib.

 

Xatırladaq ki, 2024-cü ildə Gürcüstan xaricə 5,2 milyon ABŞ dolları dəyərində 6 min 200 ton banan satıb ki, bunun da 945 min ABŞ dolları dəyərində 1 min 113 tonu Azərbaycanın payına düşüb.