Azərbaycanda borcluların hüquqlarının qorunması haqqında yeni qanun layihəsinin hazırlanması təklif edilib.
Tvit.az "Report-a istinadla xəbər verir ki, bu təkliflə Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Razi Nurullayev komitənin bugünkü iclasında çıxış edib.
O qeyd edib ki, hazırda həmin qanuna ehtiyac var:
"Qonşu ölkələrdə bu qanun 5-6 il əvvəl hazırlanaraq qəbul edilib. Azərbaycanda isə az qala elə bir ailə yoxdur ki, istehlak krediti götürməmiş olsun. Ona görə də borclularla banklar arasında problemlər çoxdur. Bu məsələlərin tənzimlənməsi üçün qanun olmalıdır".