Fransa Donanması Aralıq dənizinin neytral sularında Rusiyadan gəldiyi iddia edilən bir neft tankerini saxladı.
Tvit.az xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron danışıb.
"Bu səhər Fransa Donanması Rusiyadan olan neft tankerini saxladı, bu tanker beynəlxalq sanksiyalara məruz qalır və saxta bayraq istifadə etməkdə şübhəli bilinir. Bu əməliyyat açıq dənizdə, Aralıq dənizində, bir neçə müttəfiqimizin köməyi ilə həyata keçirildi," - Makron bildirib.