“Amerika Birləşmiş Ştatları 14 ədəd C-17 Globemaster hərbi təyyarəsini və iki ədəd ağır silahlanmış AC-130J Ghostrider təyyarəsini Böyük Britaniyadakı aviabazalara yerləşdirib.”
Tvit.az xəbər verir ki, bu barədə The Times qəzeti məlumat yayıb.
Nəşrin materialında bildirilir ki, şənbə günündən etibarən Safolk və Qlosterşirdə yerləşən Kral Hərbi Hava Qüvvələrinə məxsus üç aviabazaya azı 14 ədəd C-17 Globemaster nəqliyyat təyyarəsindən və iki ədəd ağır silahlarla təchiz olunmuş AC-130J Ghostrider hərbi təyyarəsindən ibarət hava donanması eniş edib.
Aysel Şirinova