Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya "Həyat yoldaşım deyir ki.." - Tramp
dünya

"Həyat yoldaşım deyir ki.." - Tramp

06-01-2026 22:00 51 Views
IMG

ABŞ Prezidenti Donald Tramp həyat yoldaşının onun məşhur rəqsini sevmədiyini deyib.

 

Tvit.az xəbər verir ki, bu barədə ABŞ lideri amerikalı konqresmenlərlə görüş zamanı danışıb.

 

"Həyat yoldaşım mənim bu rəqsi etməyimə nifrət edir. Bilirsiniz, o çox zərif insandır. Deyir ki, bu, heç də prezidentə yaraşan hərəkət deyil. Mən isə ona cavab verirəm ki, amma axı mən prezident olmuşam”, — deyə Tramp vurğulayıb.

 

Aysel Şirinova