Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sport "Milan" Rafael Leaunun maaşını artıraraq komandada saxlamaq niyyətindədir
sport

"Milan" Rafael Leaunun maaşını artıraraq komandada saxlamaq niyyətindədir

06-01-2026 22:00 51 Views
IMG

İtaliyanın "Milan" komandası portuqaliyalı futbolçusu Rafael Leau ilə müqavilənin müddətini uzatmağı planlaşdırır.

 

Tvit.az "Calciomercato.it" nəşrinə istinadən xəbər verir ki, klub rəhbərliyi oyunçunun 2031-ci ilə qədər komandada qalması üçün onun meneceri ilə danışıqlara başlayıb.

 

Mənbənin məlumatına görə, müqavilənin şərtləri arasında hücumçunun maaşının artırılması bəndi də yer alacaq. Baxmayaraq ki, hazırda "Milan"ın heyətində ən çox məvacib alan futbolçu Rafael Leaudur.

 

Qeyd edək ki, Rafael Leau 2019-cu ildən "Milan"da çıxış edir. O, klubun heyətində İtaliya çempionatının qalibi olub və Superkubokunu qazanıb. Leau daha əvvəl Portuqaliyanın "Sportinq" və Fransanın "Lill" klublarının şərəfini qoruyub.