Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home turizm Paytaxtda yaşıllıq ərazidə yanğın baş verdi
turizm

Paytaxtda yaşıllıq ərazidə yanğın baş verdi

30-12-2025 22:00 14 Views
IMG

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub.

 

Tvit.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

 

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

 

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ağaclıq sahədə baş vermiş yanğın genişlənməsinə, o cümlədən yaxınlıqda yerləşən yaşayış binasına yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

 

Yaşayış binası və ətraf ərazilər yanğından mühafizə olunub.