Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya ABŞ İrana qarşı sanksiyaları gücləndirdi
dünya

ABŞ İrana qarşı sanksiyaları gücləndirdi

30-12-2025 21:00 12 Views
IMG

ABŞ İrana və Venesuelaya qarşı sanksiyaları gücləndirib, Rusiyaya tətbiq olunmuş bəzi məhdudiyyətləri isə ləğv edib.

 

Tvit.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

 

ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) sanksiya siyahılarını yeniləyərək İrana görə yeni məhdudiyyətlər tətbiq edib və əvvəllər kibertəhlükəsizlik və Rusiya ilə bağlı olan bəzi sanksiyaları aradan qaldırıb. Sanksiya siyahılarına İranda və Venesuelada fəaliyyət göstərən, müdafiə sənayesi, aviasiya, elektronika və kimya sahələri ilə əlaqəli 6 fiziki şəxs və 4 təşkilat daxil edilib. Onların hamısı ikincil sanksiyalar rejiminə daxildir.

 

Eyni zamanda, OFAC əvvəllər kibertəhlükəsizlik və Rusiya ilə bağlı təhdidlər səbəbindən məhdudiyyət altında olan 6 fiziki şəxsi SDN siyahısından çıxarıb.

 

Aysel Şirinova