Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Zelenski ABŞ sülhməramlı qüvvələrinin Ukraynaya yerləşdirilməsindən danışdı
dünya

Zelenski ABŞ sülhməramlı qüvvələrinin Ukraynaya yerləşdirilməsindən danışdı

30-12-2025 20:00 11 Views
IMG

ABŞ sülhməramlı qüvvələrinin Ukraynada yerləşdirilməsi, əgər belə bir qərar qəbul olunarsa, güclü təhlükəsizlik təminatı ola bilər.

 

Tvit.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski danışıb.

 

“Bu, ABŞ qoşunlarıdır və buna görə də belə qərarları məhz Amerika qəbul edir.  Biz bunu istərdik. Bu, təhlükəsizlik təminatları baxımından güclü mövqe olardı”, – deyə Ukrayna lideri bildirib.

 

O əlavə edib ki, Ukrayna gələcəkdə bu məsələni ABŞ Prezidenti Donald Trampla və “istəklilər koalisiyası”na daxil olan ölkələrin nümayəndələri ilə müzakirə etməyi planlaşdırır.

 

Aysel Şirinova