Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Binəqədidə yol hərəkətinə dəyişikliklər edildi
sosial

Binəqədidə yol hərəkətinə dəyişikliklər edildi

30-12-2025 18:00 16 Views
IMG

Bakının Binəqədi rayonu, Yəhya Hüseynov və Rəşid İsmayılov küçələrinin kəsişməsində yol hərəkətində dəyişiklik edilib, yeni svetoforlar quraşdırılıb.

 

Bu barədə Tvit.az-a Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

 

Bildirilib ki, yeni svetofor hərəkətin daha təhlükəsiz və nizamlı təşkilinə, yolayrıcında hərəkət intensivliyinin optimallaşdırılmasına imkan verəcək.