Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya İsrailin şimalında terror aktı: İki nəfər ölüb
dünya

İsrailin şimalında terror aktı: İki nəfər ölüb

26-12-2025 15:00 24 Views
IMG

İsrailin şimalında, Eyn-Harod yaşayış məntəqəsi yaxınlığında bıçaqlanma hadisəsi baş verib.

Tvit.az xarici mediaya istinadla xəbər verir ki, hadisə nəticəsində bir qadın xəsarət alıb, hücumdan sonra avtomobil hadisə yerindən Afula şəhəri istiqamətində qaçıb.

Bununla yanaşı, Beyt-Şean rayonunda avtomobillə vurma hadisəsi də qeydə alınıb. Nəticədə 70 yaşlı kişi vurularaq həyatını itirib. Daha bir neçə nəfər xəsarət alıb, onların vəziyyəti yüngül qiymətləndirilir.

Şübhəli avtomobil az əvvəl Afula şəhəri yaxınlığında saxlanılıb, sürücü zərərsizləşdirilib.  Hadisələrin bir neçə məkanda törədilmiş terror aktları silsiləsi ola biləcəyi ehtimal edilir.

 

Aysel Şirinova