Keniya Xarici İşlər Nazirliyi vətəndaşların döyüş əməliyyatlarında iştirak üçün Rusiyaya cəlb edildiyini bildirib.
Tvit.az xəbər verir ki, bu barədə Keniya Xarici İşlər Nazirliyi ən azı 200 ölkə vətəndaşının saxta iş vədləri ilə Rusiyaya aldadılaraq aparıldığını açıqlayıb.
Həm Keniyadan, həm də Rusiyadan olan cəlbedicilər onlara sürücü və ya mühafizəçi kimi yüksək maaşlı işlər, ayda təxminən 2000 ABŞ dolları əməkhaqqı vəd ediblər. Lakin nəticədə həmin şəxslər Ukraynada Rusiya qoşunlarının tərəfində döyüş əməliyyatlarına cəlb olunublar.
Nəşrin qeyd etdiyinə görə, onların bir çoxu lazımi hərbi hazırlığa malik olmayıb, yalnız qısamüddətli təlim kursları keçərək cəbhəyə göndəriliblər.
Aysel Şirinova