Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Çin şimala 100-dən çox ballistik raket yerləşdirib
dünya

Çin şimala 100-dən çox ballistik raket yerləşdirib

22-12-2025 22:00 13 Views
IMG

Çin Xalq Azadlıq Ordusu ölkənin şimalında əlavə olaraq 100-dən çox qitələrarası ballistik raket yerləşdirib. 

Tvit.az xəbər verir ki, bu barədə Amerika mediası məlumat yayıb.

ABŞ Müdafiə Nazirliyinin məlumatına görə, söhbət Daxili Monqolustan muxtar rayonunda yerləşdirilmiş, şaxta tipli, bərk yanacaqlı DF-31 raketlərindən gedir.

Nəşrdə qeyd olunur ki, sənəddə yeni raketlərin mümkün hədəfləri göstərilmir.

Hesabat müəllifləri bildirirlər ki, 2024-cü ildə Çinin nüvə arsenalında 600-dən bir qədər çox döyüş başlığı mövcud olub. Pentaqonda hesab edirlər ki, bu, əvvəlki illərlə müqayisədə nüvə başlıqlarının istehsal tempinin daha aşağı ola biləcəyinə işarə edir.

Bununla yanaşı, sənəddə vurğulanıb ki, Pekin nüvə potensialını artırmaqda davam edir.

ABŞ-ın qiymətləndirməsinə görə, 2030-cu ilə qədər Çin 1 mindən çox nüvə döyüş başlığına sahib ola bilər.

Hesabatda həmçinin qeyd edilir ki, Çin Xalq Respublikası 2027-ci ilin sonuna qədər Tayvanla hipotetik silahlı münaqişədə qalib gəlmək imkanını nəzərə alaraq hərbi gücünü gücləndirməyi planlaşdırır.

 

Aysel Şirinova