Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Qazaxıstan parlamenti LGBT təbliğatını qadağan edən qanun qəbul etdi
dünya

Qazaxıstan parlamenti LGBT təbliğatını qadağan edən qanun qəbul etdi

18-12-2025 13:00 26 Views
IMG

Qazaxıstan Parlamentinin Senatı LGBT təbliğatını və pedofiliyanı qadağan edən qanunu ikinci oxunuşda təsdiqləyib.

Tvit.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Qanun iki oxunuşda müzakirə olunub və plenar iclasda qəbul edilib.

Qadağanın normaları "Qazaxıstan Respublikasının Arxiv İşləri və Qanunsuz Məzmunun Yayılmasına Məhdudiyyətlər haqqında Bəzi Qanunvericilik Aktlarına Dəyişikliklər və Əlavələr haqqında" qanunda yer alıb. Qanun, ölkə vətəndaşlarının bir il yarım əvvəl LGBT təbliğatının qadağan edilməsini tələb edən petisiya yaratmasından sonra qəbul edilib.

Bu addımın uşaqların mənafeyinin qorunması məqsədilə atıldığı da qeyd edilib.

Aysel Şirinova