Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Bu ölkədə edamların sayı ekord həddə olub
dünya

Bu ölkədə edamların sayı ekord həddə olub

16-12-2025 14:00 27 Views
IMG

2025-ci ildə Səudiyyə Ərəbistanı icra olunan ölüm hökmlərinin sayına görə rekord həddə çatıb.

Tvit.az xəbər verir ki, bu barədə Agence France-Presse (AFP) məlumat yayıb.

Belə ki, ölkədə 340 nəfər edam edilib.

 2025-ci ilin əvvəlindən krallıqda edam olunanların böyük əksəriyyəti  (232 nəfər) narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərə görə cəzalandırılıb. 

Bəzi ölüm hökmlərinin Məkkə əyalətində icra edildiyini bildirib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı ardıcıl ikinci ildir edamların sayına görə rekord müəyyənləşdirir. 2024-cü ildə krallıqda 338 nəfər edam edilib.

Aysel Şirinova