Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Aİ-dən Rusiya neft maqnatına növbəti sanksiya
dünya

Aİ-dən Rusiya neft maqnatına növbəti sanksiya

15-12-2025 20:00 40 Views
IMG

Avropa İttifaqı Rusiya neftinin ixracı sxemlərində iştirakına görə tanınmış neft maqnatına sanksiya tətbiq edib.

Tvit.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.

Məlumata əsasən, Avropa İttifaqı Rusiyanın Ukraynaya qarşı müharibəsini maliyyələşdirmək üçün istifadə olunan neft ixracında Qərbin məhdudiyyətlərindən yan keçməyə Moskvaya yardım göstərməkdə ittiham edilən şirkət və şəxslərə qarşı yönəlmiş yeni sanksiyalar paketi çərçivəsində pakistanlı neft maqnatı Murtaza Lahaniyə sanksiya tətbiq edib.

Bildirilib ki, yeni tədbirlər Aİ vətəndaşlarına siyahıya daxil edilmiş şəxslər və şirkətlərlə biznes əlaqələri qurmağı qadağan edir, onların dəniz daşımaları və sığorta xidmətlərinə çıxışını məhdudlaşdırır.

Qeyd edilib ki, sanksiyalar 2 600-dən çox fiziki və hüquqi şəxsə şamil olunub. Bunlara “Rosneft” və “Lukoyl”la əlaqəli biznesmenlər və şirkətlər, eləcə də kölgə donanmasına məxsus tanker operatorları daxildir.

Aysel Şirinova