Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Bu ölkə Airbus şirkətindən 20 hücum helikopteri alacaq
dünya

Bu ölkə Airbus şirkətindən 20 hücum helikopteri alacaq

15-12-2025 17:00 38 Views
IMG

Almaniyanın müdafiə qabiliyyətini artırmaq səylərinin bir hissəsi olaraq Airbus şirkətindən əlavə 20 ədəd H145M helikopteri sifariş etdiyi bildirilir.


Tvit.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Airbus şirkəti məlumat yayıb.


Bəyanatda qeyd olunur ki, Almaniya müqavilədəki seçimindən istifadə edərək sifarişini daha 20 ədəd artırıb və bununla da ümumi sifarişi 82 ədəd H145M yüngül hücum helikopterinə çatdırıb.


Elmin Alışov