Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Rusiya: Kiyev hələ də Rusiyaya aparıldığını iddia etdiyi uşaqların siyahısını dərc etməyib
dünya

Rusiya: Kiyev hələ də Rusiyaya aparıldığını iddia etdiyi uşaqların siyahısını dərc etməyib

15-12-2025 08:00 30 Views
IMG

Kiyev hökuməti hələ də Moskvaya qanunsuz olaraq Rusiyaya aparıldığını iddia etdiyi minlərlə ukraynalı uşağın adlarının siyahısını təqdim etməyib.


Tvit.az “TASS” agentliyinə istinadən xəbər verir ki, bunu Rusiyanın insan hüquqları üzrə komissarı Tatyana Moskalkova deyib.


“İstanbul danışıqlarının nəticəsi olaraq, Ukraynadan Rusiyada ədalətsiz və qanunsuz saxlanıldığına inandıqları uşaqların siyahılarını təqdim etmələri istənilib. Hələ də bu minlərlə insanın siyahısına sahib deyilik”,- deyə komissar bildirib.


Elmin Alışov