Tvit.Az - Azərbaycanda və dünyada baş verən ən son xəbərlər
Home dünya Finlandiyadan NATO-ya təklif
dünya

Finlandiyadan NATO-ya təklif

07-11-2024 21:00 53 Views
IMG

 

 

 

Finlandiya hakimiyyəti NATO-ya Rusiya ilə sərhəddə məlumat toplamaq üçün ölkədə kəşfiyyat xarakterli dron bazası yerləşdirməyi təklif edib.

Tvit.az xəbər verir ki, bu barədə ölkənin ctimai yayımı  məlumat yayıb.

Bildirilib ki, Finlandiya NATO-ya öz bazasını təklif edib, Finlandiya Hərbi Hava Qüvvələrinin dörd alternativ variantı var və Pirkkala ehtimal olunan yer ola bilər.

Bildirilib ki, bazada, RQ-4D PUA-nın yerləşdirilməsi planlaşdırılır.

NATO-nun saytında verilən məlumata görə, belə dronlar 18 km yüksəklikdə uça bilir və onları aşkar etmək çətindir. Qeyd edilir ki, əməliyyatların xarakterinə görə kəşfiyyat bazası öz ətrafında həm adi, həm də elektron müharibə hücumlarından güclü hərbi müdafiə tələb edir.

Aysel Şirinova