Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Belarus Aİ-lə danışıqlar üçün şərtlər olduğunu DEDİ
dünya

Belarus Aİ-lə danışıqlar üçün şərtlər olduğunu DEDİ

28-10-2025 20:00 21 Views
IMG

Belarus tərəfi Avropa İttifaqı ilə dialoqa qayıtmaya hazırdır, lakin müəyyən şərtlərin yerinə yetirilməsi tələb olunur.

Tvit.az xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Maksim Rıjenkov bildirib.

“Bu, Belarus xalqı tərəfindən hörmət edilən və bütün səlahiyyətlərə malik olan hakimiyyətə hörmətdir. Həmin hakimiyyət qərarlar qəbul edə və onların həyata keçirilməsini təmin edə bilir,” – o, Minskdə keçirilən Avrasiya təhlükəsizliyi üzrə beynəlxalq konfrans zamanı bildirib.

Nazirin sözlərinə görə, dialoqu bərpa etmək üçün digər vacib amil Avropa İttifaqının əvvəl mövcud olan bütün qeyri-qanuni miqrasiya ilə mübarizə mexanizmlərini geri qaytarmasıdır.

Aysel Şirinova