Rusiya, kosmosda silahlanma yarışının qarşısının alınmasına dair hərtərəfli, hüquqi baxımdan məcburi bir sənədin hazırlanmasını ABŞ ilə müzakirə etməyə hazırdır, lakin məhz Amerika tərəfi belə danışıqların başlanmasını bloklayır.
Bu barədə Rusiya nümayəndə heyətinin rəhbər müavini Konstantin Vorontsov BMT Baş Assambleyasının Birinci Komitəsinin iclasında çıxışı zamanı bildirib.
Diplomat qeyd edib:
“Biz ABŞ-a yenidən danışıqlar masasına əyləşməyi və kosmosda silahlanma yarışının qarşısının alınması, o cümlədən kosmik fəzada silah yerləşdirilməsinin qarşısının alınması barədə hərtərəfli və hüquqi baxımdan məcburi bir mexanizmin müzakirəsinə başlamağı təklif etməyə hazırıq. Lakin məhz Vaşinqton bu danışıqları bloklayır və onların başlanmasına imkan vermir.”