Türkiyə prezidenti və Böyük Britaniyanın baş naziri Keir Starmer Qəzza bölgəsindəki vəziyyətə toxunublar.
Tvit.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
"Baş nazirlə Ukraynada baş verən son hadisələri müzakirə etdim. Biz dördüncü ildir davam edən bu müharibənin ədalətli sülhün bərqərar olması ilə mümkün qədər tez həll olunması ilə bağlı ortaq mövqeyimizi bir daha təsdiqlədik," - Ərdoğan Britaniyanın baş naziri ilə görüşdən sonra keçirdiyi mətbuat konfransında bildirib.
Qəzzadakı vəziyyətə toxunan Ərdoğan baş naziri Fələstin dövlətini tanımaq qərarı münasibətilə öz adından və Türkiyə adından təbrik edib.
"Hörmətli dostumla Qəzza zolağında baş verən hadisələri müzakirə etmək imkanım oldu. [Londonun Fələstini tanımaq qərarını] iki dövlətli həll yolunda cəsarətli bir addım kimi görürük. Qışın yaxınlaşması nəzərə alınaraq, Qəzza zolağı əhalisinin ehtiyac duyduğu humanitar yardımın çatdırılması çox vacibdir. Əminəm ki, biz Böyük Britaniya ilə birlikdə bu istiqamətdə addımlar atacağıq," - Ərdoğan deyib.