Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Putin: Rusiya və Səudiyyə Ərəbistanı istehlak etdiklərindən daha çox neft satır
dünya

Putin: Rusiya və Səudiyyə Ərəbistanı istehlak etdiklərindən daha çox neft satır

23-10-2025 21:00 17 Views
IMG
Rusiya və Səudiyyə Ərəbistanı istehlak etdiklərindən daha çox neft və neft məhsulları satırlar.
Tvit.az xəbər verir ki, bu barədə Rusiya dövlətinin başçısı Vladimir Putin bildirib.

 O, ABŞ-da vəziyyətin fərqli olduğunu qeyd edib.

Putin deyib ki, gündə təxminən 13,5 milyon barel neft istehsal edən Birləşmiş Ştatlar təxminən 20 milyon barel istehlak edir.

"Bir şey satırlar və daha çox alırlar. Lakin Rusiya Federasiyası və Səudiyyə Ərəbistanı daha çox neft və neft məhsulları satırlar," - deyə o bildirib.

Aysel Şirinova