Türkiyənin iki aparıcı basketbol klubu — “Fənərbaxça Beko” və “Anadolu Efes” — İsrail komandalarına Avropa yarışlarını yenidən öz ölkəsində keçirməyə icazə verən “EuroLeague” qərarına etiraz edib.
Tvit.az İsrail mediasına istinadən xəbər verir ki, hər iki klubun birgə açıqlamasında bildirilir ki, qərarın necə qəbul olunduğu sual doğurur və məsələ ilə bağlı “EuroLeague” rəhbərliyi ilə danışıqlar başlanıb.
2023-cü ilin oktyabrında İsraillə Qəzzadakı HƏMAS arasında müharibə başladıqdan sonra İsrail klubları “EuroLeague” və “EuroCup” oyunlarını xaricdə keçirirdi.
Lakin bu ay əldə olunan atəşkəs razılaşmasından sonra “EuroLeague” rəhbərliyi bildirir ki, klublar çərşənbə axşamı keçirilən iclasda 2025-ci il dekabrın 1-dən etibarən oyunların İsraildə bərpasına razılıq veriblər.
Aysel