Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Azərbaycan və Ukrayna humanitar minatəmizləmə sahəsində əməkdaşlıq edəcək
sosial

Azərbaycan və Ukrayna humanitar minatəmizləmə sahəsində əməkdaşlıq edəcək

22-10-2025 20:00 20 Views
IMG

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) və Ukraynanın Dövlət Fövqəladə Hallar Xidməti arasında Tokioda keçirilən UMAC-2025 konfransında humanitar minatəmizləmə sahəsində əməkdaşlığın genişləndirilməsinə dair anlaşma memorandumu imzalanıb.

 

Tvit.az-ın məlumatına görə, bu barədə Ukraynanın Bakıdakı səfiri Yuri Qusev "X" sosial şəbəkəsində yazıb.

 

"Azərbaycanlı tərəfdaşlarımıza dəstəyinə görə təşəkkür edirik – Təhlükəsizlik və sadəcə sülh naminə birlikdə!", - o qeyd edib.