Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Marko Rubio ABŞ və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putin arasında mümkün sammitin planının hazırlanması üzərində işləməyə davam edəcəklər.
Tvit.az xəbər verir ki, bu barədə The Wall Street məlumat yayıb.
Məqalədə deyilib ki, bununla belə, iki diplomatın Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) sammitində şəxsi görüşü hələ planlaşdırılmır.
“Rubio və Lavrov prezidentlər Tramp və Putin arasında mümkün görüş planının hazırlanması üçün təmasları davam etdirəcəklər. Hər iki diplomat ayın sonunda Malayziyada keçiriləcək ASEAN sammitində iştirak edəcək ”, - mənbə bildirib.
Aysel Şirinova